Addım-addım tarixi qələbəyə: 8 kəndin azadlığı
14.10.2024 [19:24]
Artıq 18 gündür müharibə davam edirdi. Bütün gücümüzü səfərbər edib həyacanla cəbhədən gələn qələbə xəbərlərini gözləyirdik. Gözləntimiz uzun çəkmədi. Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” hesabında Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərinin işğaldan azad edildiyi xəbərini verdi.