Azərbaycan Dövlət İnformasiya Agentliyi

Meksikada tələbələrə Azərbaycan və COP29 haqqında mühazirə keçirilib

15.10.2024 [11:50]

Xəbərin mətni

Meksikanın tanınmış Milli Politexnik İnstitutunun tələbələrinə Azərbaycan və COP29 haqqında mühazirə keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadaki səfirliyi məlumat yayıb. Səfirlikdə keçirilən görüşdə bu ölkədəki səfirimiz Məmməd Talıbov müasir Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, dövlət müstəqilliyinin bərpa edilməsindən bəhs edib. Diplomat, həmçinin müstəqilliyimizin ilk illərində qarşıya çıxan çətinliklər, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan dövlətinin quruculuğu istiqamətində müstəsna rolu, eləcə də Ulu Öndərin uzaqgörənliyi və ideyaları əsasında regionda həyata keçirilmiş dünya miqyaslı enerji və nəqliyyat layihələri nəticəsində həm region, həm də bütün Avrasiya miqyasında geosiyasi proseslərdə baş verən müsbət dəyişikliklər barədə tələbələrə məlumat verib.