4 il öncə qələbə xəbərləri, növbəti erməni cinayəti: 15 oktyabrda yaşananlar
15.10.2024 [17:43]
19 gündür tarixi torpaqlarımız uğrunda mübarizəmiz davam edirdi. Heç vaxt Qarabağı görməyən oğullar onu geri qaytarmaq üçün qan və tər içində, öz həyatlarını Vətən uğrunda fəda edirdilər. Biz isə növbəti qələbə xəbərlərini həyacan və sevinclə gözləyirdik. 4 il öncə bu gün Prezident İlham Əliyev bir sıra ərazilərin işğaldan azad edilməsi xəbərini sosial şəbəkə hesabında paylaşdı.