Azərbaycan Dövlət İnformasiya Agentliyi

Haqq yolumuzda 20-ci gün yaşananlar

16.10.2024 [18:00]

Vətən müharibəsinin 20-ci günü. Əvvəllər sıradan təqvim günləri indi bizə xüsusidir. Vətən oğulları 44 günlük haqq savaşında hər günü bizim üçün xüsusi etdilər. Artıq hər keçən gün qələbə xəbərlərinin gələcəyindən əmin idik. 2020-ci ilin 20 oktyabrında xoş xəbərsiz sona yetmədi. Ali Baş Komandan sosial şəbəkə hesabında bır sıra ərazilərin işğaldan azad edildiyi xəbərini verdi.