Azərbaycan Dövlət İnformasiya Agentliyi

Amin Məmmədov: Ermənistan Espo Konvensiyasının üzvü olsa da, ona əməl etmir

16.10.2024 [19:25]

Xəbərin mətni

Bəzi xarici investorlar Ermənistan dövləti tərəfindən yaradılan şərait sayəsində Cənubi Qafqazda ətraf mühitə ciddi ziyan vurur. AZƏRTAC xəbər verir ki, bu sözləri “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Amin Məmmədov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirilən brifinqdə söyləyib.