Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni terroru ilə açılan növbəti səhər

17.10.2024 [17:30]

Haqq savaşımızın 21-ci günü idi. Tarixi qələbəyə gedən yol heç də asan deyildi. 30 ildən çox işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda hər kəs canla-başla mübarizə aparırdı. Hədəfimiz bəlli idi: bizə aid olanı geri almaq və bu mübarizəni yalnız döyüş meydanında aparmaq. Lakin Ermənistan təcavüzkar siyasətindən əl çəkmirdi və yenə də dinc əhalini hədəfə alırdı. 2020-ci ilin 17 oktyabr gecəsi Gəncə sakinləri növbəti dəfə dəhşətli partlayış səsinə oyandı. Ermənistan silahlı qüvvələri Gəncəni raket atəşinə tutdu. Nəticədə üçü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 48 nəfər isə yaralandı.