Kiyevdə Azərbaycanın mədəni irsi təbliğ olunub
17.10.2024 [17:51]
Xəbərin mətni
Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə ölkəmizin mədəniyyəti təbliğ olunub. Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Ukrayna Milli Uşaq Kitabxanasında keçirilən tədbirdə xarici ölkələrin səfirlikləri, Ukrayna Mədəniyyət və Strateji Kommunikasiyalar Nazirliyinin nümayəndələri, ictimai, mədəniyyət xadimləri, İrpendə akademik Zərifə Əliyeva adına Linqvistika liseyinin şagird və müəllim heyəti iştirak edib.