İQTİSADİYYAT


Nazim Hikmət küçəsindən Dairəvi yola çıxışda aparılan genişləndirmə işləri yekunlaşır

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının verdiyi tapşırığa uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam etdirilir.
Bu çərçivədə Yasamal rayonu Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir. Genişləndirmə işlərinin aparılmasında məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.