Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xudafərinin işğaldan azad olunmasından dörd il keçir

18.10.2024 [18:05]

44 günlük Vətən müharibəsinin 22-ci günü... Ordumuz hər gün ardıcıl zəfərlər qazanır, yeni ərazilər azad olunurdu. Müzəffər Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğaldan azad etdikdən sonra, Ali Baş Komandan İlham Əliyev Sərhəd Qoşunlarına tarixi Xudafərin körpüsünün və ətraf ərazilərin azad olunması tapşırığını verdi. Bu əməliyyat ordumuz üçün həm taktiki, həm də strateji baxımdan xüsusi əhəmiyyət kəsb edirdi.