Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə Azərbaycanın Müstəqilliyinin Bərpası Günü təntənə ilə qeyd olunub

19.10.2024 [11:41]

Xəbərin mətni

Parisdə Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpasının 33-cü ildönümü konsert proqramı ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Leyla Abdullayeva xalqımızın bu bayramı öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdiyini bildirib. Qeyd edib ki, müstəqilliyinin ilk illərində ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı.