Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Bakıda xizək alpinizminin inkişafı üzrə görülən işlər və yeniliklər barədə görüş keçirilib

19.10.2024 [12:57]

Xəbərin mətni

Bakıda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar Assambleyası təşkil edilib.
AZƏRTAC-ın məlumatına görə, Azərbaycanda ilk dəfə keçirilən tədbirdə 24 ölkədən 60-a yaxın nümayəndə iştirak edib.
Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zenqstşmid son illər ölkəmizdə qış idman növlərinin inkişafı, lazımi infrastrukturun yaradılması, yerli idmançıların formalaşdırılması, o cümlədən insanların marağının artırılması istiqamətində həm dövlət, həm də federasiya tərəfindən əhəmiyyətli işlərin görüldüyünü və bu sahəyə xüsusi diqqət ayrıldığını bildirib. O, cari ilin mart ayında Azərbaycanda xizək alpinizmi üzrə beynəlxalq seriya yarışının keçirilməsinin, buz meydançasının açılmasının bu sahənin inkişafının bariz nümunəsi olduğunu qeyd edib.