Şəhid jurnalistlərin xatirəsinə həsr edilən 3-cü ənənəvi minifutbol turnirinə yekun vurulub
20.10.2024 [14:17]
18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalar arasında 3-cü ənənəvi futbol turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasının stadionunda reallaşan görüşdə əvvəlcə üçüncü yer uğrunda mübarizə aparan "Turan" və "Gənclər 2020" komandaları üz-üzə gəlib. Qarşılaşma birincilərin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca final qarşılaşmasında "Ardanış" ilə "Göyçə" münasibətlərini aydınlaşdırıb. Həlledici matçın qalibi isə rəqibini 2:1 hesabı üstələyən "Göyçə" kollektivi olub.
Sonra Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü ənənəvi minifutbol turnirinin bağlanış mərasimi keçirilib.