Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul edib

21.10.2024 [14:25]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.
AZƏRTAC xəbər verir ki, Maykl Karpenter qəbula görə təşəkkürünü bildirdi və ABŞ Prezidenti Cozef Baydenin məktubunu dövlətimizin başçısına təqdim etdi. O, ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu dedi.
Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirdi ki, ABŞ-ın bu prosesin irəli aparılmasında qəti dəstəyi var.

Bölmənin digər videoları