Energetika naziri Çində səfərdədir
21.10.2024 [16:36]
Xəbərin mətni
Energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhuanın dəvəti ilə bu ölkəyə səfər edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir oktyabrın 23-24-də Çinin Şandon əyalətinin Çindao şəhərində keçiriləcək 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransında iştirak edəcək.