“H3 Collective“ caz qrupu Vyanada konsert proqramları ilə çıxış edib
22.10.2024 [15:55]
Xəbərin mətni
Müasir Azərbaycan caz səhnəsinin tanınmış qruplarından biri olan “H3 Collective” Vyanada konsert proqramları ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Vyananın “Frau Mayer” və “Porgy & Bess” kimi tanınmış caz klublarında keçirilən konsertlər Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb. Layihənin media tərəfdaşı isə Avstriyanın aparıcı caz radiokanalı “Superfly.fm” olub.
Avstriyanın ən tanınmış caz klubu “Porgy & Bess”də keçirilən konsertdən öncə klubun rəhbəri Kristof Huber Azərbaycan Mədəniyyət Mərkəzinə uzun illərə söykənən əməkdaşlığa görə təşəkkür edib, özünəməxsus caz ənənələrinə malik Azərbaycandan caz ifaçılarının bu klubun səhnəsində çıxışını yüksək qiymətləndirib.