“Dəmir yumruq” əməliyyatının 26-cı günü yaşananlar
22.10.2024 [18:35]
22 oktybr 2020-ci il - Vətən müharibəsinin 26-cı günü... Ordumuz şanlı tariximizin Zəfər günlərini yazmağa davam edirdi. Hər keçən gün gələn qələbə xəbərləri ard-arda gəlirdi. Müharibənin 26-cı günündə Ali Baş Komandan Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Öz rəsmi twitter hesabında bır sıra ərazilərimizin azadlıq xəbərini paylaşdı.