Nazir: Ötən il Azərbaycanın ixrac etdiyi neftin 75 faizi, qazın isə 50 faizi Avropanın payına düşüb
23.10.2024 [14:34]
Xəbərin mətni
Energetika naziri Pərviz Şahbazov Çində “Bir kəmər, bir yol” enerji nazirlərinin iclası çərçivəsində keçirilən “İnnovativ texnologiyaların səmərəliliyindən istifadə edərək enerji təhlükəsizliyini gücləndirmək” adlı forumda enerji təchizatını daha da şaxələndirmək üçün enerji bağlantıları üzrə əməkdaşlıq mövzusunda çıxış edib.
AZƏRTAC xəbər verir ki, çıxışda diversifikasiyanın bərpaolunan enerji mənbələrinə əsaslanan müasir qlobal enerji arxitekturasının da əsas prioritet olduğu vurğulanaraq bildirilib ki, biz enerji təhlükəsizliyi və şaxələndirmənin sadəcə seçim deyil, vacib zərurət olduğu bir dünyada yaşayırıq.