Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADY sədri: Azərbaycanda karbon qazı emissiyasının 0,5 %-dən az hissəsi dəmir yollarının payına düşür

23.10.2024 [16:43]

2023-cü ildən etibarən ADY enerji istehlakını 5 %, təbii qaz istehlakını 16 %, su sərfiyyatını 23 %, karbon emissiyasını isə 9 % azaltmağa nail olduq.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gələcək üçün dayanıqlı nəqliyyat” tədbirində çıxışı zamanı deyib.