Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əhməd Rəcəbli küçəsinin daha bir hissəsində təmir işləri başa çatıb

24.10.2024 [15:05]

Xəbərin mətni

Bakı şəhərinin Əhməd Rəcəbli küçəsinin Akademik Həsən Əliyev küçəsindən Təbriz küçəsinədək olan 850 metrlik hissəsində aparılan təmir işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, bu tədbirlər çərçivəsində aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.