Müşavir: İqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq və milli qanunvericiliyin uyğunlaşdırılması zəruridir
24.10.2024 [15:38]
“Texnologiyaların inkişafı və ətraf mühitin reallıqları ilə uyğunlaşmaq üçün fərqli baxışlardan istifadə edilməlidir. Bu mənada qanunvericilik iqlim dəyişikliyindən doğan bütün çağırışlara cavab verən səmərəli hüquqi mühitin yaradılmasında aktiv rol oynamalıdır. Eyni zamanda, qanunlar və qaydalar maraqları balanslaşdırmağa qadir olmalıdır. Biz beynəlxalq və milli siyasətlərin iqlim dəyişikliyinə qarşı qlobal fəaliyyət kursuna uyğunlaşdırılmasını təmin etməliyik. COP29-un təşəbbüsü bu öhdəliklərin və yüksək siyasi iradənin çox gözəl göstəricisidir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri ədliyyə nazirinin müşaviri Seyfəlpaşa Əliyev oktyabrın 24-də Bakı Konqres Mərkəzində keçirilən “İqlim dəyişiklikləri və enerji hüququ” konfransında çıxışı zamanı deyib.