Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “İqlim dəyişiklikləri və enerji hüququ” mövzusunda beynəlxalq konfrans işə başlayıb

24.10.2024 [17:48]

Xəbərin mətni

Oktyabrın 24-də Bakı Konqres Mərkəzində dünyanın müxtəlif ölkələrindən gələn 50-dən çox beynəlxalq hüquqşünasın iştirakı ilə “ICE Baku 2024: İqlim dəyişiklikləri və enerji hüququ” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, üçgünlük konfrans Gənclər Fondunun maliyyə dəstəyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, Bakı Ali Neft Məktəbi və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə keçirilir.