Vətən müharibəsinin 28-ci günü mühüm yüksəkliklər azad olundu
24.10.2024 [18:32]
24 oktyabr Vətən müharibəsinin 28-ci günü idi. 4 il öncə bu gün cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edirdi. Həmin gün düşmənin silah-sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarıldı, bir neçə dayaq məntəqəsi dağıdıldı, əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürüldü və mühüm yüksəkliklər azad olundu. Vətən mühraibəsinin 28-ci günündə Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə verdiyi müsahibədə bildirdi ki, biz Ermənistanı döyüş meydanında məğlub edirik və onlar bizdən qaçmaq məcburiyyətindədirlər.