Qərb dairələrinin demokratiya adı altında siyasi oyunları
24.10.2024 [19:52]
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Gürcü xalqı demokratik seçkilərlə öz hökümətini təyin edəcək. Qərbdəki bəzi dairələr isə hər zamankı kimi dırnaq arası demoktratiya siyasətindən əl çəkmir. Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, qərb ölkələri demokratiya adı altında ayrı-ayrı dövlətlərin iradəsini özünə tabe etdirmək istəyir. Məqsəd isə gürcü xalqının demokratiyasını əzərək özlərinə sərf edən bir siyasi təşkilatı Gürcüstan hakimiyyətinə gətirməkdir.