Bakı Təşəbbüs Qrupu Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması barədə hesabat hazırlayıb
25.10.2024 [16:36]
Xəbərin mətni
Bakı Təşəbbüs Qrupu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması, ifadə azadlığı, təbiətə dəyən ziyan barədə hesabat hazırlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması haqqında hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında söyləyib.