Azərbaycan Dövlət İnformasiya Agentliyi

Floran Ali Meril: Qvadelupada istifadə etdiyimiz sular sağlamlıq üçün çox zərərlidir

25.10.2024 [17:58]

Xəbərin mətni

Qvadelupada su çoxdan mövcud olan problemdir. 1960-1970-ci illərdən sonra yağış sularının təmizlənmiş formasından istifadə edirdik. Bu gün istifadə etdiyimiz sular sağlamlıq üçün çox zərərlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qvadelupanın Azadlığı uğrunda Xalq Birliyi Partiyasının (UPLG) baş katibinin müavini Floran Ali Meril “Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması haqqında hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI