44 günlük salnamənin 30-cu günündə yaşananlar
26.10.2024 [15:59]
"Dəmir yumruq" əməliyyatı güclü və əzmkar şəkildə davam edirdi. Ordumuz hər yeni gündə xalqımızı qələbə xəbərləri ilə sevindirirdi. 26 oktyabr 2020-ci il də bu xəbərlərdən biri ilə açıldı. Ali Baş Komandan İlham Əliyev bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunduğunu xalqımıza çatdırdı.