Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur
29.10.2024 [11:10]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağdam şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və keyfiyyətlə icra olunur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir.