Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı problemlərinə dair konfrans keçirilib

29.10.2024 [16:08]

Xəbərin mətni

Oktyabrın 29-da ADA Universitetində “Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı: təsirlərin azaldılmasında davamlı həllər və innovativ təşəbbüslər” mövzusunda konfrans keçirilib. Tədbir “Regional İnkişaf” İctimai Birliyi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sənaye Korporasiyası, “AzerGold” QSC və ADA Universitetinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, ADA Məktəbi və Azərbaycan Mühəndislik Akademiyasinın dəstəyi ilə icra olunan “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində təşkil olunub.