Azərbaycan Dövlət İnformasiya Agentliyi

Haqq savaşımızın 33-cü günü yaşananlar

29.10.2024 [19:16]

Vətən müharibəsinin 33-cü günü… Əvvəllər adi bir təqvim günü ikən, indi bu gün bizim üçün xüsusi bir məna daşıyır. Vətən oğulları 44 günlük haqq yolunda hər anı bizim üçün əbədi olaraq yaddaşımıza yazdılar. Müharibə coşqusu və qələbə əzmi ilk gündən olduğu kimi həyəcan və sevinc içində davam edirdi. 33 gün ərzində böyük uğurlar əldə olunmuşdu. Artıq 30 il yad əllərdə qalan torpaqlarımızda Azərbaycan bayrağı dalğalanırdı.