Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mətbuat prospektində aparılan təmir işləri yekunlaşıb

30.10.2024 [11:00]

Xəbərin mətni

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası çərçivəsində Bakı şəhəri, Mətbuat prospektində aparılan təmir işləri yekunlaşıb.
Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca “İnşaat Norma və Qaydaları”na əsasən lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.