CƏMİYYƏT


COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib

Oktyabrın 30-da Yeni Klinikada COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə brifinqdə tibbi xidmətlərin təşkili ilə bağlı ətraflı məlumatlar təqdim olunub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov brifinqdə COP29 tədbiri günlərində tibbi xidmətlərin keyfiyyətli şəkildə təmin olunması üçün zəruri olan fəaliyyətlərin yüksək səviyyədə təşkil edildiyini bildirib.