“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərə dair təqdimat keçirilib
31.10.2024 [14:22]
Xəbərin mətni
Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən “e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova mədəniyyət sahəsində rəqəmsallaşma siyasəti haqqında danışıb. Qeyd edib ki, rəqəmsal idarəetmə sahəsində fəaliyyətin təşkilinin və əlaqələndirmənin həyata keçirilməsinin xüsusi əhəmiyyətini nəzərə alaraq, Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə rəqəmsal idarəetmənin təkmilləşdirilməsi üzrə işçi qrupu yaradılıb.