Bakı hava limanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
31.10.2024 [15:31]
Xəbərin mətni
Bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov mediatur çərçivəsində keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, əlavə işçilər və könüllülər işə cəlb edilib, bütün proseslərin tənzimlənməsi üçün işçi qrup yaradılıb.
“Hazırda gündəlik sərnişin dövriyyəsi 18-20 min arasıdır. COP29 zamanı bu rəqəmin 25-27 minə çatacağı gözlənilir. Hava limanı gücləndirilmiş rejimdə gündə 45-50 min sərnişinə xidmət göstərə bilər”, - deyə T.Həsənov bildirib.