Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirilib

31.10.2024 [17:58]

Xəbərin mətni

Əlahiddə Ümumqoşun Orduda növbəti “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.