Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müqəddəs savaşımıızn 35-ci günü yaşananlar

31.10.2024 [18:07]

Artıq 35 gündür ki, şanlı tariximiz yazılırdı. Azərbaycan Ordusu cəsarət və əzmkarlıqla zəfər səlnaməsini yaradırdı. Döyüş əməliyyatları əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edirdi. Gedən döyüşlərdə işğalçı qüvvələrin çoxsaylı canlı qüvvəsi, iki T-72 tankı, üç piyada döyüş maşını, iki “Smerç” və iki BM-21 “Qrad” yaylım atəş sistemləri, 12 müxtəlif tipli top, bir “Osa” zenit raket kompleksi, bir radioelektron mübarizə stansiyası və iki nəqliyyat vasitəsi məhv edildi.