Ölkəmizdə ətin idxalı kəskin artıb
31.10.2024 [18:57]
Azərbaycanda ətin idxalı kəskin artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə ətin idxalı 37 faizə qədər çoxdur. Bəs maraqlıdır idxalın artmasınım səbəbi nədir və hansı təsirləri olacaq? Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə ətin idxal miqdarının artması ölkəmizdə ətə olan təlabatın artması ilə bağlıdır.