Azərbaycan Dövlət İnformasiya Agentliyi

8 Noyabr prospektində aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir

31.10.2024 [19:23]

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Paytaxtın əsas prospektlərindən biri sayılan və uzunluğu 10 km olan 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

Bölmənin digər videoları