Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada çıxış edib

01.11.2024 [14:56]

Xəbərin mətni

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən Vene Kultuurikeskus teatrının səhnəsində çıxış edib.
AZƏRTAC xəbər verir ki, səfər Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Karyera Təhsil Akademiyası və Teatr və konsert şəbəkəsinin dəstəyi ilə reallaşıb.
Qastrol səfəri zamanı Xalq yazıçısı Anarın “Asqılıqda işləyən qadının söhbəti” hekayəsinin motivləri əsasında hazırlanan “Asılqan” tamaşası nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyevdir. Tamaşada əsas rolları aktyorlar Elşən Əsgərov və Ləman Mərrih ifa ediblər.