Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayılda keçirilən idman yarışlarının qalibləri məlum olub

01.11.2024 [19:35]

Xəbərin mətni

Cəbrayıl şəhəri akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dəfə müxtəlif idman növləri üzrə keçirilən yarışlar başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 8 Noyabr - Zəfər gününə həsr olunmuş tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.