SİYASƏT


Zəfərə gedən yolun 38-ci günü yaşananlar

44 günlük Zəfər yolunun 38-ci günü…Rəşadətli ordumuz düşməni darmadağın edir, Ermənistana hərbi-texnika baxımdan xeyli ziyan vururdu. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edirdi. Düşmənin xeyli sayda canlı qüvvəsi, dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd KUB zenit-raket kompleksi, doqquz ədəd müxtəlif tipli topu və iki ədəd sursatla dolu yük maşını sıradan çıxarıldı.