MƏDƏNİYYƏT
Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində fəxri qonaq qismində iştirak edir
İstanbulda 41-ci Beynəlxalq Kitab Sərgisi açılıb. Azərbaycan bu il ilk dəfə sərgidə fəxri qonaq qismində iştirak edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 2-də tədbirin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu, TÜYAP sərgi təşkilatçılığı şirkətinin baş direktoru İlhan Ersözlü, Türkiyə Nəşriyyatçılar İttifaqının İdarə Heyətinin rəhbəri Kenan Kocatürk, Azərbaycanın görkəmli şəxsiyyətləri və digər qonaqlar iştirak ediblər.