SİYASƏT


Azərbaycanın Zəfər Günü Parisdə təntənə ilə qeyd olunub

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə xalqımızın Zəfər Günü təntənə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, səfir Leyla Abdullayeva Zəfər Gününün əhəmiyyətindən söz açaraq noyabrda xalqımızın Qarabağın 30 illik işğaldan azad olunmasını bayram etdiyini vurğulayıb. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə bütün azərbaycanlıların ədalət və qürur hissi yaşadığını diqqətə çatdırıb.