MƏDƏNİYYƏT


Alən Tremolyer: Hər kəs Azərbaycan musiqisinə heyran qaldı

Möhtəşəm musiqi idi. Başqa söz ola bilməz. Müğənninin ifası, səsi, performansı, bədii tərzi, musiqi seçimi hər bir şey möhtəşəm idi.

Bu fikirləri Parisdəki səfirliyimizin Azərbaycanın Zəfər Günü münasibətilə təşkil etdiyi tədbirdə fransız vəkil Alən Tremolyer AZƏRTAC-a müsahibəsində deyib.

“Bu sözləri təkcə mən söyləmirəm. Yanımda oturan dinləyicilərlə müzakirə etdik, hər kəs Azərbaycan musiqisinə heyran olduğunu söylədi. Azərbaycana belə zəngin mədəniyyətinə, musiqisinə görə minnətdarıq.

Cazın muğamla sintezi heyrətamiz idi, ona atəşfəşanlıq da demək olar. Çox lirik danışdım, ancaq bu, həqiqətdir”, - deyə fransız vəkil Zəfər Günü konsertindən məmnun olduğunu bildirib.