Quba-Xınalıq yolunda sel sularının uçurduğu körpünün yerində yenisi tikilir
05.11.2024 [10:54]
Xəbərin mətni
Quba-Xınalıq yolunda sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisi inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun 42-ci kilometrliyində yerləşən körpü cari ilin iyul ayında sıradan çıxıb. Körpünün uçması nəticəsində altı kəndin rayon mərkəzinə gediş-gəlişində çətinlik yaranıb. Cek, Haput, Qalayxudat, Xınalıq, Əlik və Qrız kəndlərinin sakinləri hazırda alternativ olaraq Quba-Susay-Xınalıq yolundan istifadə edirlər.