Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tərtər-Ağdərə avtomobil yolunun inşasına başlanılıb

05.11.2024 [11:32]

Xəbərin mətni

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yol infrastrukturu layihələrindən biri sayılan Tərtər-Ağdərə avtomobil yolunun inşasına start verilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, layihə üzrə sözügedən avtomobil yolunun uzunluğu 24,2 kilometr, torpaq yatağının eni 15 metr təşkil edəcək.