İQTİSADİYYAT


Azərbaycan 7-ci Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur

Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 7-ci Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır.
Çinin Ticarət Nazirliyinin, Şanxay meriyasının və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə keçirilən sərgiyə 152 ölkə və beynəlxalq təşkilatdan 3500 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 297 şirkət qatılıb. Yerli və xarici 400 mindən çox peşəkar ziyarətçi, 3800 media işçisi qeydiyyatdan keçib.