İQTİSADİYYAT


Çin kommersiya nazirinin müavini: Azərbaycanın COP29-a ev sahibliyi etməsi tarixi hadisədir

“Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi tarixi hadisədir. Azərbaycan ev sahibi kimi iqlim məsələlərində konstruktiv rol oynayır. İnanırıq ki, Azərbaycan bu tədbiri uğurla keçirəcək. Çin COP29-da yüksək səviyyədə nümayəndə heyəti ilə təmsil olunacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin kommersiya nazirinin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Lin Ci Azərbaycanın Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə Şanxayda keçirilən görüşdə deyib.