İQTİSADİYYAT


Payız-qış mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimi davam etdirilir

2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanan tədbirlər planına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində gücləndirilmiş iş rejimi davam etdirilir.
Paytaxt ərazisində agentliyin balansında olan tunel və keçidlərdə suların kənarlaşdırılması üçün nəzərdə tutulan nasosxanalarda mütəmadi olaraq monitorinqlər aparılır, nəzarətçilər tərəfindən nasoslar fasiləsiz olaraq nəzarətdə saxlanılır.
Hava şəraitinə uyğun olaraq tunel və keçidlərdə suların kənarlaşdırılmasını təmin edən bütün nasoslar tam gücü ilə çalışmağa davam edir.