İQTİSADİYYAT


FHN: Metroya məxsus bütün obyekt və tunellərdə yanğın-texniki müayinələri keçirilib

“Bakı Metropoliteni” QSC ilə Fövqəladə Hallar Nazirliyi qarşılıqlı fəaliyyət və Tədbirlər Planları tərtib ediblər.
AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin COP29 Əməliyyat Qərargahının rəhbəri, polkovnik Ağəli Hüseynov mətbuat üçün keçirilən brifinqdə deyib. O bildirib ki, metropolitenə məxsus bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələri keçirilib.