Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstilik sistemləri qışa hazırdır?

06.11.2024 [18:47]

Havalar soyuduqca artıq ölkəmizdə istiliyin verilməsinə tələbat artır. Belə ki, bununla bağlı istilik sistemlərində qışa hazırlıqla bağlı müxtəlif işlər görülüb. AzəristilikTəchizat ASC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Rüxsarə Babayevanın sözlərinə görə, soyuq hava şəraitinə görə dağlıq ərazilərdə istilik noyabr 1-dən artıq verilib.